Azərbaycan Dövlət Sərhəd Xidmətinin gəmisi Həştərxana dostluq səfərinə gedəcək

Azərbaycan Dövlət Sərhəd Xidmətinin gəmisi Həştərxana dostluq səfərinə gedəcək Həştərxan sakinləri gəmi ilə yaxından tanış ola biləcəklər
Hərbi
23 Avqust , 2016 17:40
Azərbaycan Dövlət Sərhəd Xidmətinin gəmisi Həştərxana dostluq səfərinə gedəcək

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Sərhəd Xidmətinin gəmisi dostluq səfəri çərçivəsində sabah Həştərxana çatacaq.

"Report"un yerli KİV-lərə istinadən verdiyi xəbərə görə, gəmi ekipajını Rusiya Federasiyasının Kalmıkiya Respublikası üzrə Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin və Həştərxan vilayəti Administrasiyasının rəhbərliyi təntənəli şəkildə qarşılayacaq.

Rusiya Federasiyasının Kalmıkiya Respublikası üzrə Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsinin mətbuat xidmətinin məlumatına görə, səfər zamanı Azərbaycan sərhədçiləri ali məktəblərdən birinin dənizçi-kursantları ilə görüşəcəklər, Kremlə ekskursiya edəcəklər, eləcə də həştərxanlı həmkarları ilə mini-futbol üzrə yoldaşlıq oyunu keçirəcəklər.

Həştərxan sakinləri və şəhərin qonaqları gəmi ilə bilavasitə yaxından tanış olacaq, onun göyərtəsində gəzəcəklər. Gəmi avqustun 24-25-də ziyarətə açıq olacaq.

Son xəbərlər

Orphus sistemi