Azərbaycan "Beynəlxalq hərbi oyunlar-2016"da iştirak edəcək

Azərbaycan "Beynəlxalq hərbi oyunlar-2016"da iştirak edəcək İkinci beynəlxalq hərbi oyunlarda 19 ölkədən olan komandalar iştirak edəcək
Hərbi
8 İyul , 2016 13:21
Azərbaycan Beynəlxalq hərbi oyunlar-2016da iştirak edəcək

Bakı. 8 iyul. REPORT.AZ/ İkinci beynəlxalq hərbi oyunlarda 19 ölkədən olan komandalar iştirak edəcək.

"Report" "CA-News"a istinadən xəbər verir ki, iştirakla bağlı razılığını Azərbaycan, Anqola, Ermənistan, Belarus, Venesuela, Yunanıstan, Misir, Zimbabve, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Küveyt, Monqolustan, Nikaraqua, Pakistan, Serbiya və Tacikistan verib.

Eyni zamandaTürkmənistan, Özbəkistan, ABŞ, Fransa, Çexiya, Böyük Britaniya və bir neçə başqa ölkə oyunlarda iştirakdan imtina edib.

Qeyd edək ki, İkinci beynəlxalq hərbi oyunlar iyulun 30-dan avqustun 13-dək Rusiya və Qazaxıstan ərazisində keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi