Azərbaycan Beynəlxalq Hərb Oyunları-2017-nin Qazaxıstan mərhələsində iştirak edəcək

Azərbaycan Beynəlxalq Hərb Oyunları-2017-nin Qazaxıstan mərhələsində iştirak edəcək Bu il yarışlar 5 ölkənin ərazisində keçiriləcək
Hərbi
15 May , 2017 14:48
Azərbaycan Beynəlxalq Hərb Oyunları-2017-nin Qazaxıstan mərhələsində iştirak edəcək

Bakı. 15 may. REPORT.AZ/ Azərbaycan III Beynəlxalq Hərb Oyunları-2017-nin Qazaxıstan mərhələsində iştirak edəcək.

"Report" "KazTAQ"a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Azərbaycana əlavə, bu il Qazaxıstan ərazisində Beynəlxalq Hərb Oyunlarında ilk dəfə Özbəkistan, Suriya və Banqladeş də çıxış edəcək.

Beynəlxalq Hərb Oyunları-2017 bu il iyulun 29-dan avqusutun 12-dək 5 ölkənin - Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Çinin ərazisində keçiriləcək. Yarışlarda 5 yeni müsabiqə olacaq: "asayiş keşikçiləri" - hərbi polis hərbçiləri arasında yarışma, "hərbi ralli" - ekipajların hərbi avtomobil texnikasında yarışı, "yol patrulu" - hərbi avtomobil təftişi müfəttişlərinin yarışı, "birlik döyüşçüsü" - MDB çərçivəsində xüsusi qoşun bölmələrinin yarışı və PUA-ların uçuşlarının hesablanması yarışı.

Son xəbərlər

Orphus sistemi