Bakı. 7 aprel. REPORT.AZ/ Aprelin 7-də Bakı şəhərində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması konfransı, aprelin 8-dən iyunun 10-dək San Antonio şəhərində (ABŞ) ABŞ Quru Qoşunları Kollecində "Komanda və Qərargah" kursu keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.