Yuxarı
    Bağlamaq

    Azərbaycanla ABŞ arasında ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib

    İki ölkə arasında müdafiə sahəsində həyata keçirilən fəaliyyətlərin gedişatı və ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub

    Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Azərbaycan-ABŞ ikitərəfli hərbi əlaqələrin razılaşdırılması üzrə konfrans keçirilib. Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.

    Konfransda ölkələr arasında müdafiə sahəsində həyata keçirilən fəaliyyətlərin gedişatı və ikitərəfli əməkdaşlığın perspektivləri, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığı arasında hərbi əməkdaşlıq üzrə 2016-cı il üçün İş Planı"nın layihəsi müzakirə edilib.

    Tədbirdə Azərbaycan tərəfdən Müdafiə Nazirliyinin müvafiq idarə və xidmətlərinin, eləcə də Silahlı Qüvvələrin üç qoşun növünün təmsilçiləri, ABŞ tərəfdən isə Avropa Komandanlığının, ABŞ-ın Azərbaycandakı hərbi attaşeliyinin və Hərbi Əməkdaşlıq Ofisinin nümayəndələri iştirak ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi