Yuxarı

​Azərbaycan 2016-cı ilin qlobal hərbi güc reytinqində 126 ölkə arasında 64-cüdür

Ordunun büdcəsi 3 milyard 185 milyon dollar təşkil edir

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan "Global Firepower Index" (Hərbi gücün qlobal indeksi) reytinqində 64-cü yeri tutub.

"Report" "Globalfirepower.com"a istinadən xəbər verir ki, reytinqdə 126 ölkənin göstəriciləri nəzərə alınıb.

Azərbaycan reytinqdə MDB ölkələrindən Qazaxıstan (66), Gürcüstan (75), Türkmənistan (90), Qırğızıstan (78) və Tacikistanı (81) arxada qoyub.

GFP mütəxəssislərinin məlumatına görə, Azərbaycan ordusunun heyəti 150 min, ehtiyatda olan hərbçilərin sayı isə 300 min nəfərdir. Qoşunların balansında 314 tank, 127 təyyarə (85 vertolyot, 18 hücum helikopteri və s), 1590 ədəd piyadaların döyüş maşını və digər hərbi döyüş texnikası var.

Ölkənin təqribi hərbi büdcəsi 3 milyard 185 milyon dollar təşkil edir.

Düşmən Ermənistan 74-cü yerdə qərarlaşıb. Erməni hərbi dəstələrinin balansında 166 tank, 63 təyyarə, 636 piyadaların hərbi döyüş maşını var. Ermənistanın hərbi büdcəsi 225 milyon dollar civarındadır.

Reytinqin ilk onluğuna ABŞ, Rusiya, Çin, Hindistan, Böyük Britaniya, Fransa, Cənubi Koreya, Almaniya, Yaponiya və Türkiyə daxildir.

Qeyd edək ki, "Global Firepower Index"in reytinqi dünyanın ən məşhur və nüfuzlu reytinqlərindən biridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi