​Azərbaycan 2015-ci ildə "ağıllı avia-bombalar" istehsal edəcək

​Azərbaycan 2015-ci ildə "ağıllı avia-bombalar" istehsal edəcək Bu il Müdafiə Sənayesi Nazirliyi 100 milyon dollar civarında məhsul ixrac edib
Hərbi
17 Dekabr , 2014 11:08
​Azərbaycan 2015-ci ildə ağıllı avia-bombalar istehsal edəcək

Bakı. 17 dekabr. REPORT.AZ/ 2014-cü ildə Azərbaycan Müdafiə Sənayesi Nazirliyi 100 milyon dollar civarında məhsul ixrac edib.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, 2015-ci lidə bu rəqəmin artacağı gözlənilir.

Y.Camalovun sözlərinə görə, 2015-cil ildə nazirlik "ağıllı avia-bomba" istehsal edəcək.

O, Müdafiə Sənayesi Nazirliyinin 2014-cü ildə dövlət orqanları tərəfindən verilən bütün sifarişləri yerinə yetirdiyini vurğulayıb: "Nazirlik bu sifarişlərdən qat-qat artığını etməyə qadirdir".

Son xəbərlər

Orphus sistemi