Yuxarı

Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin görüşü olub

Azərbaycan və Türkiyənin müdafiə nazirlərinin görüşü olub
Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla Türkiyənin milli müdafiə naziri İsmət Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti ilə geniş tərkibdə görüşü olub. 

Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, görüş Bakı Ekspo Mərkəzində keçirilib. Türkiyəli nazir Bakıya bu mərkəzdə keçirilən beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi