Yuxarı

Azərbaycan və Türkiyənin birgə hərbi müəssisəsi yaradılacaq

Razılaşma Türkiyənin Aselsan şirkəti və Azərbaycanın Alov zavodu arasında imzalanıb

Bakı. 12 sentyabr. REPORT.AZ/ Аzərbaycanın "Alov" zavodu və Türkiyənin "Aselsan" şirkəti optik sistemlərin istehsalı ilə məşğul olacaq birgə müəssisə yaratmaq haqqında razılaşma imzalayıblar. Report xəbər verir ki, razılaşma Bakıda keçirilən “ADEX 2014” beynəlxalq müdafiə sənayesi sərgisi çərçivəsində imzalanıb. Sənədə "Alov" zavodunun rəisi Kamal Əsgərov və "Aselsan" türk şirkətinin rəhbəri Həsən Canpolat tərəfindən imza atılıb. 

Müəssisə müxtəlif növ nişangah, kollimator, termoqrafik kamera və digər optik sistemlər istehsal edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi