Yuxarı

​Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi razılaşdırılıb

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bakı şəhərində Azərbaycan və Gürcüstan müdafiə nazirlikləri arasında ikitərəfli hərbi məsləhətləşmələr keçirilib. Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Danışıqlara Azərbaycan tərəfdən Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, Gürcüstan tərəfdən isə Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Avro-Atlantik İnteqrasiya Departamenti İkitərəfli Əməkdaşlıq İdarəsinin rəisi İosif Cikia rəhbərlik ediblər.

Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi-təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Müzakirələrin yekunu olaraq "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Gürcüstanın Müdafiə Nazirliyi arasında 2015-ci il üçün ikitərəfli əməkdaşlıq Planı"nın layihəsi razılaşdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi