Yuxarı

Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Azərbaycan hərbçiləri, həmçinin Almaniyada Hərbi Hava Qüvvələri Komandanlarının konfransına qatılacaqlar

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə "Report"a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Belə ki, Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri oktyabrın 22-də Ramştayn şəhərində (Almaniya) Hərbi Hava Qüvvələri Komandanlarının konfransında, oktyabrın 22-dən 23-dək isə İstanbul şəhərində (Türkiyə) keçiriləcək "Regional təlim-2014" yüksək səviyyəli müşahidəçilər günündə iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi