Yuxarı

​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək

Almaniyanın Oberammerqau şəhərində Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu keçiriləcək

Bakı. 1 sentyabr. REPORT.AZ/ Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. Bu barədə Report-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sentyabrın 1-dən 5-dək Almaniyanın Oberammerqau şəhərində Quru Qoşunlarının döyüş hazırlığının qiymətləndirilməsi kursu, sentyabrın 12-dək isə Türkiyənin Ankara şəhərində Kiber müdafiə üzrə təlim kursu keçiriləcək.

Hər iki kursda Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi