​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri 3 beynəlxalq tədbirdə iştirak edəcək

​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri 3 beynəlxalq tədbirdə iştirak edəcək Komanda-qərargah təlimi keçiriləcək
Hərbi
8 Sentyabr , 2014 10:28
​Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri 3 beynəlxalq tədbirdə iştirak edəcək

Bakı. 8 sentyabr. REPORT.AZ/  Azərbaycan Silahlı qüvvələri 3 ölkədə keçirilən komanda-qərargah təlimlərində iştirak edəcəklər. Report bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

Sentyabrın 8-dən 12-dək Neapol şəhərində (İtaliya) Peşəkar çavuş kadrlarının hazırlığı mövzusunda seminar, 19-dək Tbilisi şəhərində (Gürcüstan) Daha geniş təhlükəsizlik mühitində müdafiənin idarə olunması kursu, sentyabrın 11-dən 28-dək isə Lvov şəhərində (Ukrayna) Rapid Trident-2014 komanda-qərargah təlimi keçiriləcək.
Tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi