Aviqdor Liberman Bakıda Azərbaycan-İsrail hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək

Aviqdor Liberman Bakıda Azərbaycan-İsrail hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək Bakı. 12 sentyabr. REPORT.AZ/ İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycan səfər proqramı açıqlanıb.
Hərbi
12 Sentyabr , 2018 11:16
Aviqdor Liberman Bakıda Azərbaycan-İsrail hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcək
0 : 00
0 : 00

Bakı. 12 sentyabr. REPORT.AZ/ İsrailin müdafiə naziri Aviqdor Libermanın Azərbaycan səfər proqramı açıqlanıb. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, onun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 13-də Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində İsrail nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi