​Aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair ekspertlərin təcrübə mübadiləsi keçirilir

​Aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair ekspertlərin təcrübə mübadiləsi keçirilir Ekspertlər qrupunun səfəri mayın 20-dək davam edəcək
Hərbi
17 May , 2016 17:28
​Aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair ekspertlərin təcrübə mübadiləsi keçirilir

Bakı. 17 may. REPORT.AZ/ ABŞ-ın Oklahoma ştatının Qırıcı Aviasiyası Yerüstü və Uçuş Təhlükəsizliyi Proqramı üzrə ekspert qrupu ilə Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında aviasiya və yerüstü təhlükəsizlik prosedurlarına dair təcrübə mübadiləsi üzrə tədbir keçirilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, tədbir çərçivəsində hərbi aerodromların uçuş-enmə zolağı, aerodromun təhlükəsizliyi və texniki qulluq prosedurları, eləcə də aerodrom ərazisindəki obyektlər və uçuş-enmə zolağının təmiri ilə bağlı tələblər mövzularında müzakirələr aparılır.

Bundan əlavə, qarşılıqlı brifinqlərin təqdim olunması və praktiki nümayişlərin yerinə yetirilməsi də planlaşdırılır.

Ekspertlər qrupunun səfəri mayın 20-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi