Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək Qəbula yazılmaq istəyən vətəndaşlar yanvarın 20-dək qeydiyyatdan keçməlidir
Hərbi
8 Yanvar , 2016 12:14
Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-leytenant Arzu Rəhimov Şəmkirdə vətəndaşları qəbul edəcək. Qurumun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, A.Rəhimov yanvarın 21-də, saat 10:00-da  xidmətin Şəmkir rayon şöbəsində Gədəbəy, Tovuz, Ağstafa, Qazax və Şəmkir rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək.

Qəbula yazılmaq istəyən vətəndaşların yanvarın 20-dək SHXÇDX-nin rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Son xəbərlər

Orphus sistemi