Arzu Rəhimov: "Ötən il 30 min 511 nəfər müraciətlərini SHXÇDX-in “ASAN xidmət”dəki nümayəndələrinin vasitəsilə edib"

Arzu Rəhimov: "Ötən il 30 min 511 nəfər müraciətlərini SHXÇDX-in “ASAN xidmət”dəki nümayəndələrinin vasitəsilə edib" Bakı. 13 fevral. REPORT.AZ/ Nazirlər Kabinetinin qərarına uyğun olaraq “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi məqsədilə SHXÇDX-nin təqdim etdiyi elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib. Eyni zamanda “Hərbi xidmət keçmə barədə”, “Hərbi qeydiyyatda olma barədə”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olması barədə” və “Müddətli həqiqi hərbi xidmətə göndərilmə barədə” elektron arayışların “ASAN xidmət” mərkəzlərində Xidmətin “Vahid elektron informasiya sistemi” üzərindən vətəndaşlara təqdim edilməsi təmin olunur.
Hərbi
13 Fevral , 2019 01:53
Arzu Rəhimov: Ötən il 30 min 511 nəfər müraciətlərini SHXÇDX-in “ASAN xidmət”dəki nümayəndələrinin vasitəsilə edib
Foto: "Report"

Bakı. 13 fevral. REPORT.AZ/ Nazirlər Kabinetinin qərarına uyğun olaraq “Elektron xidmət növlərinin Siyahısı”nın təkmilləşdirilməsi məqsədilə SHXÇDX-nin təqdim etdiyi elektron xidmətlər “Elektron hökumət” portalına inteqrasiya edilib. Eyni zamanda “Hərbi xidmət keçmə barədə”, “Hərbi qeydiyyatda olma barədə”, “Müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun olması barədə” və “Müddətli həqiqi hərbi xidmətə göndərilmə barədə” elektron arayışların “ASAN xidmət” mərkəzlərində Xidmətin “Vahid elektron informasiya sistemi” üzərindən vətəndaşlara təqdim edilməsi təmin olunur.

"Report" xəbər verir ki, bu fikirlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimovun rəsmi mətbuatda dərc olunmuş müsahibəsində yer alıb.

SHXÇDX rəisi bildirib ki, həmçinin “Yaşayış yeri üzrə qeydiyyata alındığı və ya qeydiyyatdan çıxarıldığı hallarda çağırışçıların və hərbi vəzifəli vətəndaşların hərbi qeydiyyata alınması və hərbi qeydiyyatdan çıxarılması” həyata keçirilir: "Ümumilikdə, 2018-ci il ərzində 30 min 511 nəfər vətəndaş Xidmətə müraciətlərini SHXÇDX-nin “ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən nümayəndələrinin vasitəsilə edib".

Xidmət tərəfindən gənclərin hərbi xidmətə hazırlanması, səfərbərlik işinin qurulması, çağırışçıların ordu sıralarına çağırılması, təntənəli yolasalma mərasimləri, hərbi təhsilə marağın artırılması istiqamətində güclü təbliğat və maarifləndirmə işləri aparılır. Vətəndaşlar arasında hərbi-vətənpərvərlik işinin aparılması ilə əlaqədar respublikanın ayrı-ayrı rayonlarında “Vətənin müdafiəsinə hazıram!” devizi altında silsilə tədbirlər keçirilir: "2019-cu il yanvarın 11- də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə Azərbaycan Respublikası Gənclər Fondu arasında imzalanmış əməkdaşlığa dair anlaşma memorandumu da vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə Vətənə məhəbbət hissinin yüksəldilməsi, milli-mənəvi dəyərlərin aşılanması, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi istiqamətində birgə fəaliyyətin həyata keçirilməsi üçün yeni bir platformadır".

Son xəbərlər

Orphus sistemi