Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək

Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək.
Hərbi
1 Fevral , 2018 16:28
Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək
Report

Bakı. 1 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov Qusarda vətəndaşları qəbul edəcək.

SHXÇDX-nın Mətbuat xidmətindən  "Report"a  verilən məlumata görə, qəbul fevralın 15-i, saat 11:00-da Xidmətin Qusar rayon şöbəsində baş tutacaq. Qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşların 12.02.2018-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə və bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Son xəbərlər

Orphus sistemi