Yuxarı

Arzu Rəhimov Göygöldə vətəndaşları qəbul edib

​Arzu Rəhimov Göygöldə vətəndaşları qəbul edib

Göygöl. 14 fevral. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov Göygöl rayonunda Gəncə, Naftalan, Mingəçevir, Daşkəsən, Göygöl, Goranboy və Kəlbəcər şəhər və rayonlarının sakinlərini qəbul edib.

Bu barədə "Report"a Dövlət Xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, qəbulda 40 vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox Xidmətin aidiyyəti idarə, şöbə və bölmələrində işə və ya həqiqi hərbi xidmətə qəbul, övladlarının təkrar tibbi müayinəyə cəlb olunaraq müddətli həqiqi hərbi xidmətə göndərilməsi, eləcə də veteran adının və vəsiqəsinin verilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb, qanunvericiliyin tələbləri vətəndaşlara izah edilib. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb və müvafiq araşdırmalardan sonra cavablandırılacağı bildirilib.

Vətəndaşların Xidmətin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi