Yuxarı

Arzu Rəhimov Cəlilabadda vətəndaşları qəbul edəcək

Qəbulda Biləsuvar, Cəlilabad və Masallı rayonlarının sakinləri iştirak edə bilərlər

Bakı. 4 fevral. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov fevralın 18-də Cəlilabadda vətəndaşları qəbul edəcək. Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin inzibati binasında keçiriləcək qəbulda Biləsuvar, Cəlilabad və Masallı rayonlarının sakinləri iştirak edə bilərlər. 

Qəbula yazılmaq istəyən vətəndaşların fevralın 17-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi