Artur Rasi-zadənin baş çəkdiyi hərbi hissədə yaşayış binası tikiləcək

Artur Rasi-zadənin baş çəkdiyi hərbi hissədə yaşayış binası tikiləcək Bununla bağlı göstəriş verilib
Hərbi
9 Yanvar , 2015 09:16
Artur Rasi-zadənin baş çəkdiyi hərbi hissədə yaşayış binası tikiləcək

Bakı. 9 yanvar. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasi-zadənin və müdafiə naziri Zakir Həsənovun baş çəkdiyi Hərbi Hava Qüvvələrinin (HHQ) "N" saylı hərbi hissəsində zabitlər üçün yaşayış binası tikiləcək.

"Report"un məlumatına görə, bununla bağlı baş nazir və müdafiə naziri hərbi hissədə olarkən göstəriş verilib.

Yaşayış binası 50 mənzilli olacaq.

Xatırladaq ki, 2014-cü ilin dekabr ayında A.Rasi-zadə və Z.Həsənov Hərbi Hava Qüvvələrinin hərbi hissələrində olub. Yeni tikilən və tam təmir olunan qərargah və döyüş növbəsinin aparılması binalarına, start-komanda məntəqəsinə, əsgər yataqxanasına, uçuş-texniki heyət və əsgərlər üçün nəzərdə tutulan yeməkxanalara, hamam-camaşırxana-qazanxana kompleksinə, nəzarət buraxılış məntəqəsinə və sıra meydanına baş çəkilib.

Son xəbərlər

Orphus sistemi