Artilleriyaçıların döyüş hazırlığını yüksəltmək məqsədi ilə yarış keçirilib

Artilleriyaçıların döyüş hazırlığını yüksəltmək məqsədi ilə yarış keçirilib Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv ediblər
Hərbi
27 Noyabr , 2017 12:44
Artilleriyaçıların döyüş hazırlığını yüksəltmək məqsədi ilə yarış keçirilib
Mod.gov.az

Bakı. 27 noyabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin “N” nömrəli hərbi hissəsində artilleriya üzrə estafet yarışları keçirilib. 

Nazirliyin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artilleriyaçıların döyüş hazırlığı və peşəkarlığının yüksəldilməsi məqsədi ilə icra olunan yarışlarda şəxsi heyətin qarşısında bir neçə tələb qoyulub.

Minaatan heyətlər döyüş tapşırıqlarını yerinə yetirmək bacarıqlarını nümayiş etdirərək sərrast atəşlə şərti hədəfləri məhv edib.

Tapşırıqları vaxtında və dəqiq yerinə yetirərək qalib gələn komandalar təltif olunub.

Son xəbərlər

Orphus sistemi