Yuxarı

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib

Bakı. 26 iyul. REPORT.AZ/ "Beynəlxalq Ordu Oyunları - 2018” çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Bu barədə "Report"a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan artilleriyaçılarının da qatıldığı müsabiqədə 11 ölkədən komanda iştirak edir. İştirakçılar döyüş texnikasını qəbul etdikdən sonra silahlardan sınaq atışları icra edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi