Aprel döyüşlərinin ikinci ildönümü münasibəti ilə tədbir keçirilib

Aprel döyüşlərinin ikinci ildönümü münasibəti ilə tədbir keçirilib Bakı. 30 mart. REPORT.AZ Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti 2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə Nizami Kino Mərkəzində “Qələbəyə gedən yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirib.
Hərbi
30 Mart , 2018 17:37
Aprel döyüşlərinin ikinci ildönümü münasibəti ilə tədbir keçirilib
Mod.gov.az

Bakı. 30 mart. REPORT.AZ Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti 2016-cı ilin aprel döyüşlərinin növbəti ildönümü münasibəti ilə Nizami Kino Mərkəzində “Qələbəyə gedən yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirib.

Bu barədə "Report"a Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin və C.Naxçıvanski adına hərbi liseyin kursantları, rayon məktəblərinin yuxarı sinif şagirdləri, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin üzvləri, rayon veteranlar cəmiyyətinin üzvləri, deputatlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin hərbi orkestri Dövlət Himnini səsləndirdikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub, Ordumuzun güc və rəşadətindən bəhs edən video çarx nümayiş etdirilib.

Müdafiə Nazirliyinin İdarə rəisi, general-mayor Rasim Əliyev Azərbaycan əsgərinin torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi qəhrəmanlıq və şücaətdən danışıb. Azərbaycan Ordusunun gücü və qüdrətini xüsusi qeyd edən natiq tezliklə işğal altında olan torpaqlarımızın qaytarılacağına əminliyini bildirib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək bildirib ki, 2016-cı ilin aprel döyüşlərinin baş verdiyi hər gün hamımız üçün böyük bir sınaq günləri oldu. Həmin vaxt Ordumuzun əsgərləri doğma torpaqlarımızın hər qarışının bizlər üçün nə qədər əziz olduğunu öz canları və qanları hesabına bir daha sübut etdilər. Qeyd olunub ki, aprel döyüşlərində əldə edilən qələbəmizdə vətənpərvərlik tərbiyəsinin əvəzsiz rolu danılmazdır. Aprel döyüşlərində qazanılmış qələbədə gənclərin yüksək vətənpərvərlik nümayiş etdirməsi, yüksək əhval-ruhiyə sərgiləməsi Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi uğurlu gənclər siyasətinin bariz nümunəsidir.

Tədbirdə Müdafiə Nazirliyinin Nəsimi Rayon İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı ilə hazırlanmış “Azərbaycan əsgəri” mahnısı və klipi ilk dəfə olaraq tamaşaçılara təqdim olunub. Sözləri Zahid Əzizə, musiqisi Elvin Orucova məxsus, əməkdar artist Ehtiram Hüseynov, İlkin Əhmədov və Tural Salmanov tərəfindən canlı ifa olunan “Azərbaycan əsgəri” mahnısı tədbir iştirakçılarının böyük coşqusuna səbəb olub.

Son xəbərlər

Orphus sistemi