Yuxarı
    Bağlamaq

    Aprel döyüşlərində şəhid olmuş və yaralanmış hərbçilərin ailələrinə bayram sovqatı aparılıb - FOTO

    Müdafiə Nazirliyinin məsul şəxsləri ayrı-ayrılıqda hərbi qulluqçuların evlərində olublar

    Bakı. 21 mart. REPORT.AZ/ Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişi ilə ötən ilin aprel döyüşlərində cənub bölgəsindən şəhid olmuş və yaralanmış hərbi qulluqçuların ailələrinə bayram sovqatı aparılıb.

    “Report”un Cənub bürosu xəbər verir ki, nazirliyin məsul şəxsləri və Lənkəran Qarnizonu Zabirtlər evinin kollektivi ayrı-ayrılıqda hərbi qulluqçuların evlərində olub, onların ailə üzvləri ilə görüşüb və Novruz bayramlarını təbrik ediblər.

    Göstərilən diqqətə görə minnətdarlıq edən hərbi qulluqçuların ailə üzvləri bundan sonra da Vətənin çağırışına hazır olduqlarını bildiriblər. İşğal altında olan torpaqlarımızın tezliklə düşmən tapdağından azad edilməsi üçün dualar edib, Silahlı Qüvvələrimizin hər an düşmənə sarsıdıcı zərbələr vurmaq əzmində olduğunu inamla söyləyiblər.

    Masallı rayon Güllütəpə kəndindən olan şəhid Firdovsi Bağırzadənin ailə üzvləri onlar üçün inşa edilən fərdi evin dövlətin öz əsgərinə nə qədər önəm verdiyinin təzahürü olduğunu qeyd ediblər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi