Yuxarı
    Bağlamaq

    Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb

    İclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə olunacaq

    Bakı. 14 dekabr. REPORT.AZ/ Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilir.

    Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

    İclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, regionda təhlükəsizlik, o cümlədən hər iki dövlətin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi