Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb

Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb İclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə olunacaq
Hərbi
14 Dekabr , 2016 10:41
Ankarada Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası başlayıb

Bakı. 14 dekabr. REPORT.AZ/ Ankara şəhərində Azərbaycan-Türkiyə 9-cu Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilir.

Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

İclasda 2017-ci ildə həyata keçiriləcək birgə tədbirlərin razılaşdırılması, hərbi əməkdaşlığın cari vəziyyəti, inkişaf perspektivləri, regionda təhlükəsizlik, o cümlədən hər iki dövlətin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi