ANAMA: Ümumilikdə 7525 ədəd partlamamış hərbi sursat aşkarlanıb

ANAMA: Ümumilikdə 7525 ədəd partlamamış hərbi sursat aşkarlanıb Bakı. 26 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Quşqara kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumat daxil olub.
Hərbi
26 Noyabr , 2017 01:13
ANAMA: Ümumilikdə 7525 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 26 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonu, Quşqara kəndi ərazisində 1 ədəd minanın olması barədə məlumat daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata əsasən, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən Qoşqar çayının sahilinə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində mina və partlamamış hərbi sursat aşkar edilməyib, 1 ədəd əleyhqazın hissəsi aşkar edilərək götürülüb. Aşkar olunmuş əleyhqazın hissəsinin ətrafında 500 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 25 Noyabr 2017-ci il tarixlərində müxtəlif rayonlarda ayrı-ayrı ərazilərə baxış keçirilib, 7 525 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 974 592 kv.m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi