Tərtərdə 2 ədəd "Qrad" raketinin mühərrik hissəsi tapılıb

Tərtərdə 2 ədəd "Qrad" raketinin mühərrik hissəsi tapılıb ANAMA gün ərzində 31 171 kv. m ərazini təmizləyib
Hərbi
31 May , 2016 18:40
Tərtərdə 2 ədəd Qrad raketinin mühərrik hissəsi tapılıb

Bakı. 31 may. REPORT.AZ/ Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən mayın 31-də Füzuli, Ağcabədi, Ağdam və Tərtər rayonlarındaaşkarlanan Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb. 

“Report” Agentliyə istinadən xəbər verir ki, bu gün ANAMA tərəfindən 5 ev və həyətyanı sahə, 6 əkin sahəsi, 19 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat ("Qrad" raketinin mühərrik hissəsi) aşkar olunaraq götürülüb və gün ərzində 31 171 kv. m ərazi təmizlənib.

Tərtər rayonu

Şıxarx kəndi - 3 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, 10 000 kv. m ərazi yoxlanılıb.

Cəmilli kəndi - 1 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçrilib və 1 ədəd "Qrad" raketinin mühərrik hissəsi aşkar edilərək götürülüb, nəticə etibarı ilə 10 000 kv. m ərazi yoxlanılıb.

Ağcabədi rayonu

Yuxarı Qiyaməddinli kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 5 000 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonu

Qaradağlı kəndi - 1 ev və həyətyanı sahə və 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 4 000 kv. m ərazi yoxlanılıb.

Füzuli rayonu

Şükürbəyli kəndi – 4 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, nəticə etibarı ilə 2 171 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən aprelin 7-i mayın 31-i tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində548 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 4 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 21 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 479 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda Agentlik tərəfindən yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi