​ANAMA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

​ANAMA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO Eyni zamanda görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb
Hərbi
17 İyul , 2016 13:04
​ANAMA kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Bakı. 17 iyul. REPORT. AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

ANAMA-dan "Report"a verilən məlumata görə, 18 iyul 2016-ci il tarixdə agentliyin yaradılmasının 18-ci ildönümü tamam olur. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış agentlik 1998-ci il iyulun 18-də fəaliyyətə başlayıb.

Bu münasibətlə ANAMA-nın direktoru Qəzənfər Əhmədov başda olmaqla, agentliyin məsul əməkdaşları iyulun 17-də Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Eyni zamanda, ANAMA heyəti tərəfindən görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Son xəbərlər

Orphus sistemi