ANAMA fevralda 1 368 831 kv.m ərazini yoxlayıb

ANAMA fevralda 1 368 831 kv.m ərazini yoxlayıb Agentlik tərəfindən bu günədək cəmi 396 984 456 kv.m ərazi təmizlənib
Hərbi
10 Mart , 2017 12:15
ANAMA fevralda 1 368 831 kv.m ərazini yoxlayıb

Bakı. 10 mart. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 2017-cı ilin fevral ayı ərzində 1 368 831 kv.m ərazini yoxlayıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

Agentlikdən "Report"a verilən xəbərə görə, ANAMA bu müddət ərzində 1,048 ədəd PHS, 31 ədəd tank əleyhinə və 3 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Əməliyyatlarda 489 nəfər əməliyyat, 131 nəfər inzibati heyət, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it iştirak edir.

ANAMA tərəfindən bu günədək cəmi 396 984 456 kv.m ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilən mina və PHS-lərin sayı 756 894-dur.

Fevral ayı ərzində Agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Cəbrayıl, Füzuli, Gəncə, Lənkəran, Tovuz, Tərtər rayonlarında və eləcə də Qaradağ rayonu, Güzdək qəsəbəsində həyata keçirilib.

Qeyd edilən müddət ərzində 1 mina/PHS hadisəsi qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi