ANAMA: dörd rayon ərazisində 15 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib

ANAMA: dörd rayon ərazisində 15 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib Agentlik tərəfindən 3 əkin sahəsi və qoruq ərazisində 3 təhlükəli əraziyə baxış keçirilib
Hərbi
4 Oktyabr , 2016 20:35
ANAMA: dörd rayon ərazisində 15 ədəd  partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) oktyabrın 4-də Ağdam, Xocavənd, Tərtər və Salyan rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında hesabat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib,1 ədəd partlamamış F1 əl qumbarası aşkar edilərək götürülüb.

Xocavənd rayonu ərazisindəki əkin sahəsində 1 təhlükəli əraziyə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik top mərmisi OF-530) aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Yuxari Qapanlı kəndi ərazisindəki əkin sahəsində 1 təhlükəli əraziyə baxış olub, partlamamı hərbi sursat aşkar edilməyib, cəmi 4 000 kv.m ərazi yoxlanılıb.

Salyan rayonu, Şirvan Milli Parkı ərazisində 13 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd 100 mm-lik top mərmisi (BR-412), 1 ədəd 100 mm-lik (PBR-412), 1 ədəd 57 mm-lik top mərmisi (O-271), 1 ədəd 85 mm-lik top mərmisi (O-365), 1 ədəd 45 mm-lik top mərmisi (BR-243), 2 ədəd 100 mm-lik top mərmisi (OF-412), 5 ədəd 37 mm-lik top mərmisi (OR-167) və 1 ədəd PQ raketinin mühərrik hissəsi) aşkar edilərək götürülüb, 5 000 kv.m. ərazi yoxlanılıb.

Ümumiyyətlə, agentlik tərəfindən bu il aprelin 7-dən oktyabrın 4-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 646 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 528 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 42 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi