ANAMA: Cocuq Mərcanlıda 11 gündə 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb

ANAMA: Cocuq Mərcanlıda 11 gündə 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb Bakı. 28 noyabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən gün 66535 kv.m (6.65 ha) ərazi tam təmizlənib, 8100 kv.m ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
Hərbi
28 Noyabr , 2017 00:15
ANAMA: Cocuq Mərcanlıda 11 gündə 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində ötən gün 66535 kv.m (6.65 ha) ərazi tam təmizlənib, 8100 kv.m ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, 11 gün ərzində 8 ədəd partlamamış hərbi sursat aşkar edilib, 243 235 kv.m ərazi tam təmizlənib, 66 700 kv.m ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb. 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Ümumilikdə agentlik tərəfindən 1 yanvar – 27 Noyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Xocavənd, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində müxtəlif əraazilərə baxış keçirilib, 7525 ədəd partlamamış hərbi sursat, 204 ədəd tank əleyhinə mina və 34 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 5 063 227 kv.m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi