Yuxarı
    Bağlamaq

    ANAMA: Cocuq Mərcanlı kəndində xeyli qəlpə, 3 ədəd mina gövdəsi və 1 ədəd piyada əleyhinə mina aşkarlanıb

    ANAMA fevralın 23-də rayonun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə məlumat yayıb

    Bakı. 23 fevral. REPORT.AZ/ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 10 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib, 1 485 ədəd qəlpə, 3 ədəd TM-62P3 minasının gövdəsi və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb, nəticədə 121 400 kv.m ərazi (95 900 kv.m əl ilə, 13 500 kv.m mexaniki üsulla və 12 000 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

    "Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) fevralın 23-də rayonun Cocuq Mərcanlı kəndində aparılan təmizləmə əməliyyatları barədə yaydığı məlumatda deyilir.

    Bildirilir ki, 20 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 57 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunaraq zərərsizləşdirilib, 448 459 kv.m ərazi (203 609 kv.m ərazi əl ilə, 109 300 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 22 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

    Ümumilikdə ANAMA tərəfindən bu il yanvarın 1-dən fevralın 23-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 61 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 962 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 3 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 477 553 kv.m ərazi (232 703 kv.m ərazi əl ilə, 109 300 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı ilə və 22 550 kv.m ərazi isə minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

    Hazırda ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi