Yuxarı
    Bağlamaq

    ANAMA: Cocuq Mərcanlıda 13 gündə 5 ədəd partlamamış hərbi sursat aşkarlanıb - FOTO

    Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir

    Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 2 evə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib, nəticə etibarilə 14 400 kv.m ərazi (3 000 kv.m ərazi əl ilə və 11400 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

    ANAMA-dan "Report"a verilən məlumata görə, 13 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 19 evə baxış keçirilib, 5 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) və 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843)) aşkar olunaraq zərərsizləşdirilib, 85 466 kv.m ərazi (35 866 kv.m ərazi əl ilə və 49 600 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

    Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

    Ümumilikdə agentlik tərəfindən 01 yanvar - 15 fevral 2017-ci il tarixlərində Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq sahəsinə, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 22 ev və həyatyanı sahəyə, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 34 ədəd tank əleyhinə mina və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 114 460 kv.m ərazi (64 860 kv.m ərazi əl ilə və 49 600 kv.m ərazi mexaniki üsulla) yoxlanılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi