​ANAMA Bakıda mina aksiyası üzrə sahə seminarı keçirəcək

​ANAMA Bakıda mina aksiyası üzrə sahə seminarı keçirəcək Aksiya aprelin 4-dən 8-dək davam edəcək
Hərbi
31 Mart , 2016 14:11
​ANAMA Bakıda mina aksiyası üzrə sahə seminarı keçirəcək

Bakı. 31 mart. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Gününü işıqlandırmaq məqsədilə aprelin 4-dən 8-dək Mina Aksiyası üzrə Bakıda sahə seminarı keçirəcək.

Agentlikdən “Report”a verilən xəbərə görə, seminar Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzi (GİCHD) Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə Əməkdaşlıq Proqramı (EECCA-OP) çərçivəsində ANAMA ilə birgə təşkil edilir.

Seminarda Belarus, Estoniya, Gürcüstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və İrandan olan Mina Aksiyası, Sursatların Təmizlənməsi proqramları və eyni zamanda, Beynəlxalq Qızıl Xaç Komitəsi, BMT İnkişaf Proqramı, ATƏT və BMT Mina Aksiyası Xidmətləri nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Dörd gün davam edəcək seminar iki gün Bakı şəhərində (4-5 aprel, Bakı) və iki gün sahə səfəri (7-8 aprel regionlarda) daxil olmaqla minatəmizləmə sahəsində qanunvericilik və standartlar ətrafında müzakirələri əhatə edəcək. Seminarın əsas məqsədi iştirakçılara region ölkələrində bu sahədə qəbul olunan qanunvericilik və normalarla tanış etmək, ANAMA ilə mina aksiyasının əməliyyat, idarəetmə, mina təhlükəsinə dair maarifləndirmə, zərərçəkənlərə yardım sahələrində fikir və təcrübə mübadiləsi aparmaq imkanı yaratmaqdır.

Qeyd edək ki, 4 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan olunub və hər il qeyd edilir.

Son xəbərlər

Orphus sistemi