​ANAMA: 3467 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO

​ANAMA: 3467 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO Tərtərdə 1 ədəd partlamamış top mərmisi aşkar edilərək götürülüb
Hərbi
31 İyul , 2016 00:58
​ANAMA: 3467 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina zərərsizləşdirilib - FOTO

Bakı. 30 iyul. REPORT.AZ/ Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi – 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə etibarilə 5 000 kv.m ərazi yoxlanılıb.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Ağcabədi və Tərtər rayonlarında aşkar olunmuş Partlamamış Hərbi Sursatlar (PHS) haqqında yaydığı hesabatda bildirilir.

ANAMA-dan verilən məlumata görə, Tərtər rayonunun Çaylı kəndində 1 otlaq sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarilə 3 000 kv.m ərazi yoxlanıb.

Bir əkin və 1 otlaq sahələrində 4 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisi) aşkar olunaraq götürülmüş, nəticə etibarilə 8 000 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel – 30 iyul 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Şirvan və Bakı şəhərlərində 641 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilmiş, 3 467 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Son xəbərlər

Orphus sistemi