​ANAMA 10 ədəd piyada əleyhinə minanı və 6 ədəd tank əleyhinə minanı zərərsizləşdirib - FOTO

​ANAMA 10 ədəd piyada əleyhinə minanı və 6 ədəd tank əleyhinə minanı zərərsizləşdirib - FOTO Agentlik tərəfindən 13 partlayış yeri yoxlanılıb
Hərbi
1 May , 2016 21:40
​ANAMA 10 ədəd piyada əleyhinə minanı və 6 ədəd tank əleyhinə minanı zərərsizləşdirib - FOTO

Bakı. 1 May. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Tərtər və Füzuli rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat yayıb. ANAMA-dan "Report"a verilən məlumata görə, Tərtər rayonunun Buruc kəndində 2 ev və həyatyanı sahədə dərinliyi 180 sm olan partlayış çalasına baxış keçrildi, tam partlamış sursatın qalıqları aşkar edildi, mərmi düşən ərazi və ona yaxın ərazilər də daxil olmaqla 12000 kv.m ərazi təmizlənib.

Köçərli kəndində 4 otlaq sahəsinə baxış keçrilib, 4 partlayış çalasından hər birində 1 ədəd Top mərmisinin partlamış qalıqları aşkar edilib. Ümumilikdə 620 kv.m ərazi təmizlənib.

Qarağacı kəndində orta mətəbin həyətində 2 çalaya, 2 ev və həyatyanı sahənin hər birində 1 çalaya baxış keçirilib. 16 000 kv.m ərazi təmizlənib.

Ümumilikdə 4 ev və həyətyanı sahə, 4 otlaq sahəsi və 1 orta məktəbin həyətinə baxış keçrilib. Nəticədə 10 partlayış yeri aşkar edilib, 28 620 kv.m ərazi təmizlənib və partlamamış hərbi sursat aşkar edilməyib.

Füzuli rayonunun Alixanlı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarı ilə 400 kv.m. ərazi yoxlanılıb.

Cəmi 3 əkin sahəsində, 3 partlayış yeri , 400 kv. m ərazi yoxlanılıb və partlamamış hərbi sursat aşkar edilməyib.

1 May 2016-cı il tarixində Agentlik tərəfindən 4 ev, 4 otlaq sahəsi, 3 əkin sahəsi və 1 kənd orta məktəbi də daxil olmaqla 13 partlayış yeri yoxlanılıb, 29 020 kv. m ərazi təmizlənin və partlamamış hərbi sursat aşkar edilməyib.

Ümumilikdə agentlik tərəfindən 7 Aprel - 1 May 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir və Cəlilabad rayonlarında 391 ev və həyətyanı sahə, 2 hərbi hissə, 1 kənd qəbirstanlığı, 2 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 5 ferma, 11 əkin sahəsi, 4 otlaq sahəsi və 1 çaxır zavodu ərazisinə baxış keçirilib və 1 295 ədəd partlamamış hərbi sursat, 10 ədəd piyada əleyhinə mina (PMN) və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi