Ağstafada avtomobil körpüsünün altından 44 ədəd partlamamış hərbi sursat tapılıb

Ağstafada avtomobil körpüsünün altından 44 ədəd partlamamış hərbi sursat tapılıb ANAMA Ağstafa rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb
Hərbi
26 Yanvar , 2017 18:35
Ağstafada avtomobil körpüsünün altından 44 ədəd partlamamış hərbi sursat tapılıb

Bakı. 26 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağstafa rayonunda aşkar olunmuş Mina və Partlamamış Hərbi Sursatlar (PHS) haqqında operativ məlumat yayıb.

"Report"un ANAMA-ya istinadən verdiyi xəbər görə, məlumatda deyilir Ağstafa rayonunun Qırlı kəndi – Həsənsu çayının üzərində yerləşən avtomobil körpüsünün altından 44 ədəd partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron və 1 ədəd əl qumbarası (Diyamkov)) və 1 ədəd 7.62 çaplı patron darağı aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, 500 kv.m. ərazi yoxlanılıb.

Ümumilikdə ANAMA tərəfindən bu il yanvarın 1-dən 26-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı və Lənkəran rayonları, Lənkəran və Gəncə şəhərində 3 otlaq sahəsinə, 1 hərbi hissənin yaxınlığına, su arxına, dəniz və yol kənarına, avtobaza ərazisinə, körpü ərazisinə baxış keçirilib, 1 513 ədəd partlamamış hərbi sursat, 33 ədəd tank əleyhinə mina, və 2 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 17 250 kv.m ərazi yoxlanılıb.

Son xəbərlər

Orphus sistemi