Yuxarı

Ağdamın Orta Qərvənd kəndi ərazisində 2 ədəd partlamış minaatan mərmisinin qalıqları aşkarlanıb

Ağdamın Orta Qərvənd kəndi ərazisində 2 ədəd partlamış minaatan mərmisinin qalıqları aşkarlanıb
Aşkar olunmuş mərmi qalıqlarının ətrafında 5 000 kv.metr əraziyə yerüstü baxış keçirilib

Bakı. 18 iyul. REPORT.AZ/ Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam rayonu Orta Qərvənd kəndi ərazisində iyulun 18-də keçirilmiş əməliyyat barədə operativ mçəlumat yayıb.

"Report"a ANAMA-dan bildirilib ki, bu gün saat 12:36-da Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən agentliyə Ağdam rayonu, Orta Qərvənd kəndi ərazisində 2 ədəd partlamamış sursatın aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən, ANAMA-nın xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Ağdam rayonu, Orta Qərvənd kəndi ərazisində 1 əkin sahəsinə baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 2 ədəd partlamış minaatan mərmisinin qalıqları aşkar edilərək götürülüb.

Aşkar olunmuş mərmi qalıqlarının ətrafında 5 000 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə agentlik tərəfindən bu il yanvarın 1-dən iyulun 18-dək Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 12 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 167 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 790 ədəd partlamamış hərbi sursat, 194 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 693 592 kv.m ərazi (715 808 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi