Yuxarı

Ağdamda partlamış top mərmisinin qalıqları aşkarlanıb

Ağdamda partlamış top mərmisinin qalıqları aşkarlanıb
ANAMA tərəfindən 500 kv.m ərazi yoxlanılıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Ağdam rayonunda partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) “Report”a verilən məlumata görə, rayonun Zəngişalı kəndində 1 əkin sahəsinə baxış keçirilib və 500 kv.m ərazi yoxlanılıb.

Ümumilikdə agentlik aprelin 7-dən oktyabrın 26-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara, Salyan rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində 649 ev və həyətyanı sahə, 3 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu, 1 qoruq ərazisi və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 947 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72), 2 ədəd “siqnal minası”və 42 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi