Yuxarı

​Ağdamda "Ordu xalqın dayağıdır!" mövzusunda silsilə tədbirlərə start verilib

Tədbirlər Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir

Bakı. 13 fevral. REPORT.AZ/ Bu gün Azərbaycan Müdafiə Nazirliyi və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordu xalqın dayağıdır!" mövzusunda üç gün davam edəcək tədbirin açılışı olub.

"Report"un nazirliyin saytına istinadən verdiyi məlumata görə, tədbirin ilk günündə hərbi birlik və hissələrin bir qrup zabit heyəti, döyüş hazırlığında və xidmətdə fərqlənən 30 nəfər hərbi qulluqçu, Ağdam Rayon İcra Hakimiyyəti, rayon hüquq mühafizə orqanları əməkdaşları və ictimaiyyət nümayəndələri əvvəlcə ümumilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub və Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

Sonra Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Yaqub Məmmədov tədbir iştirakçıları ilə görüş keçirib.

Tədbirin ilk gününün sonunda iştirakçıların Quzanlı qəsəbəsi, Sultanbut və köçkünlər üçün inşa edilmiş 18 saylı tam orta məktəblərdə şagirdlərlə görüşləri təşkil olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi