​Ağdam və Tərtərdə partlamamış hərbi sursatlar aşkarlanıb

​Ağdam və Tərtərdə partlamamış hərbi sursatlar aşkarlanıb ANAMA ərazilərdə əməliyyatları davam etdirir
Hərbi
21 İyul , 2016 14:25
​Ağdam və Tərtərdə partlamamış hərbi sursatlar aşkarlanıb

Bakı. 21 iyul. REPORT.AZ/ Ağdam və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub. 

Bu barədə “Report”a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) bildirilib.

Məlumata görə, iyulun 21-də 3 ev və həyatyanı sahə, 1 əkin sahəsi, 6 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 9 800 kv. m ərazi yoxlanılıb.

Ağdam rayonunun Mahrızlı kəndində 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, nəticə olaraq 2 800 kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Həsənqaya kəndində 1 ev və həyatyanı sahədə 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb, 6 min kv.m ərazi yoxlanılıb.

Rayonun Şıxarx kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (152 mm-lik OF-530 partlayış qəlpəli top mərmisi) aşkar edilərək götürülüb, nəticə olaraq 1 000 kv. m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirirlər.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən iyulun 21-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöı, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 628 ev və həyətyanı sahə,2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi,1 metal anbarı, 30 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 593 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 23 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi