Ağdam rayonunda top mərmilərinin qalıqları aşkar edilib

Ağdam rayonunda top mərmilərinin qalıqları aşkar edilib Tərtərin Həsənqaya kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb
Hərbi
22 Avqust , 2016 17:49
Ağdam rayonunda top mərmilərinin qalıqları aşkar edilib

Bakı. 22 avqust. REPORT.AZ/ Ağdam rayonu ərazisində partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) “Report”a verilən məlumata görə, Ağdam rayonunun Əhmədağalı kəndində 2 əkin sahəsi və meşə zolağında 5 partlayış yerinə baxış keçirilib, partlamış top mərmilərinin qalıqları aşkar edilərək götürülüb.

Məlumata görə, Tərtər rayonunun Həsənqaya kəndində 1 otlaq sahəsində 4 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə agentlik aprelin 7-dən avqustun 22-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirib, 3 472 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 31 ədəd tank əleyhinə mina aşkar edərək zərərsizləşdirib.

Son xəbərlər

Orphus sistemi