Yuxarı
    Bağlamaq

    Ağcabədidə 2 ədəd tank əleyhinə mina tapılıb

    Ərazidə habelə 7 ədəd UZRQM partladıcısının priotexnik patronu aşkar edilərək zərərsizləşdirilib

    Bakı. 2 iyul. REPORT.AZ/ Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində bir ev və həyatyanı sahədən 2 ədəd tank əleyhinə TM-62 mina (MVZ-62) və 7 ədəd UZRQM partladıcısının priotexnik patronu aşkar edilərək zərərsizləşdirilib.

    Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) "Report"a verilən məlumata görə, ümumilikdə agentlik tərəfindən 1 yanvar – 1 iyul 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 10 otlaq sahəsinə, 11 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 166 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 5 788 ədəd partlamamış hərbi sursat, 193 ədəd tank əleyhinə mina və 30 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 4 676 205 kv.m ərazi (707 898 kv.m əl ilə, 1 607 140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 248 167 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.   

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi