Ağcabədi və Ağdamda partlamış top mərmisinin qalıqları aşkarlanıb

Ağcabədi və Ağdamda partlamış top mərmisinin qalıqları aşkarlanıb Partlamış top mərmisi və qrad qalıqları aşkar edilərək götürülüb
Hərbi
8 Avqust , 2016 16:50
Ağcabədi və Ağdamda partlamış top mərmisinin qalıqları aşkarlanıb

Bakı. 8 avqust. REPORT.AZ/ Ağcabədi, Ağdam və Tərtər rayonlarında partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyindən (ANAMA) "Report"a verilən məlumata görə, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndində 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisinin qalıqları aşkar edilərək götürülüb, nəticə olaraq 3 min kv.m ərazi yoxlanılıb.

Ağdam rayonunun Əfətli kəndində 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış top mərmisi və 9M22U raketi – Qrad qalıqları aşkar edilərək götürülüb, 3 min kv.m ərazi yoxlanılıb.

Tərtər rayonunun Şıxarx kəndində 1 otlaq sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatın qalıqları aşkar edilərək götürülüb, 8 min kv.m ərazi yoxlanılıb.

ANAMA-da yaradılan xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Qeyd edək ki, ümumilikdə Agentlik aprelin 7-dən, avqustun 8-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə və Bakı şəhərlərində 642 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 1 metal anbarı, 30 ferma, əkin sahələri, 1 çaxır zavodu və 1 çınqıl karxanası ərazisinə baxış keçirilib, 3 470 ədəd partlamamış hərbi sursat, 15 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə mina (POMZ-2), 1 ədəd piyada əleyhinə mina (OZM-72) və 24 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi