Yuxarı

​“Açıq qapı” günü Qusar şəhər "N" saylı hərbi hissəsində də keçirilib - FOTO

Valideynlər əsgərlər üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanın bütün hərbi hissələrində keçirilən “Açıq qapı” günü çərçivəsində Müdafiə Nazirliyinin Qusar şəhər "N" saylı hərbi hissəsinin əsgərləri öz valideyn və yaxınları ilə görüşüblər.

"Report" xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq göstərişinə əsasən keçirilən tədbirdə əsas məqsəd əsgər valideynləri və mətbuat nümayəndələrini ordu quruculuğu, hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumatlandırmaq olub.

Rayon ictimaiyyətinin nümayəndələri, əsgər valideynləri və yaxınları tədbir çərçivəsində Qusarın "N" saylı hərbi hissəsinin bütün ərazisi ilə tanış olublar. Valideynlər əsgərlər üçün yaradılan şəraitdən razılıqlarını bildiriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi