Yuxarı

ABŞ Yaponiyaya 56 ədəd raket əleyhinə sistem satacaq

​ABŞ Yaponiyaya 56 ədəd raket əleyhinə sistem satacaq

Amerika Birləşmiş Ştatları Yaponiyaya "Standard Missile 3 Block İB (SM-3 Block İB) raket əleyhinə sistem satacaq.

"Report"un xəbərinə görə, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyinin müdafiə əməkdaşlığı və təhlükəsizliyi üzrə idarəsi yayıb. Qeyd olunub ki, müqavilənin dəyəri 1,15 milyard ABŞ dolları təşkil edir.

Qərara əsasən, ABŞ Yaponiya Silahlı Qüvvələrinə 56 ədəd SM-3 Block IB raket əleyhinə sistem verəcək.

Qeyd edək ki, ötən il ABŞ administrasiyası raket əleyhinə müdafiə sisteminin inkişafına təxminən 38 milyard dollar xərcləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi