ABŞ diplomatı Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO kursu ilə tanış olub

ABŞ diplomatı Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO kursu ilə tanış olub Tbilisi. 6 mart. REPORT.AZ/ ABŞ-ın Gürcüstandakı səfirinin müavini Elizabet Rud Bakurianidə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən qış dağ hazırlığı kursu ilə tanış olub.
Hərbi
6 Mart , 2019 17:29
ABŞ diplomatı Azərbaycan hərbçilərinin də iştirak etdiyi NATO kursu ilə tanış olub

Tbilisi. 6 mart. REPORT.AZ/ ABŞ-ın Gürcüstandakı səfirinin müavini Elizabet Rud Bakurianidə NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində keçirilən qış dağ hazırlığı kursu ilə tanış olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Diplomata kursun məqsəd və vəzifələri barədə ətraflı məlumat verilib.

Daha sonra E.Rud təlimin keçirildiyi sahədə gürcüstanlı təlimçilərin köməyi ilə kursda iştirak edən ABŞ hərbçilərinə qoşulub.

Qeyd edək ki, kursda Gürcüstanla yanaşı, Azərbaycan, ABŞ, Latviya, Estoniya, Belarus, Ermənistan və Ukraynadan olan, ümumilikdə, 33 hərbçi iştirak edir.

Dağ hazırlığı kursunda polkovnik Besik Kutateladze adına Saçxere Dağ Hazırlığı Məktəbinin təlimçiləri hərbçilərin xizəklərlə hərəkət, axtarış işləri, qar uçqununa düşmüş şəxslərin təxliyyəsi və sığınacağın qurulması üzrə biliklərini artırırlar.

Mart ayının 1-də start verilmiş kurs 3 həftə davam edəcək. 

Son xəbərlər

Orphus sistemi