ABŞ-da ən kiçik pilotsuz uçan aparat ​satışa çıxarılıb - FOTO

ABŞ-da ən kiçik pilotsuz uçan aparat ​satışa çıxarılıb - FOTO Kiçik ölçüləri olan aparat akkumulyatoru bir dəfə yükləməklə 7 dəqiqəyə qədər uçuşları yerinə yetirmək qabiliyyətindədir
Hərbi
18 Avqust , 2015 15:07
ABŞ-da ən kiçik pilotsuz uçan aparat ​satışa çıxarılıb - FOTO

Bakı. 18 avqust. REPORT.AZ/ ABŞ-ın "Axis Drones" şirkəti dünyada ən kiçik "AERIUS" kvadrokopterlərinin ilkin sifarişinin başlaması haqqında məlumat yayıb. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir.

Barmağın ucunda yerləşən kiçik ölçülü aparat akkumulyatoru bir dəfə yükləməklə 7 dəqiqəyə qədər uçuşları yerinə yetirmək qabiliyyətindədir.

USB kabeli vasitəsilə "AERIUS" aparatını cəmi 15 dəqiqəyə asanlıqla yükləmək olar. 

Aparat pult vasitəsilə idarə olunur, həmin pultda "AERIUS" saxlanılması və daşınması üçün qapaqlı "qaraj" yerləşdirilib. Bu yaxınlara qədər "SKEYENanoDrone" aparatı dünyada ən kiçik pilotsuz uçan aparat hesab olunurdu.  

Son xəbərlər

Orphus sistemi